top of page

Doğru İnvestisiya sahəsinə yeni enerji

PROBLEM

Sadəcə bir loqo və bir peyjer ilə Realty Investment komandası bizə müraciət edərək, öz şirkətlərini daşınmaz əmlak sahəsində yeni bir rəqib kimi yerləşməyi hədəflədi. Müştərilərin xidmətlər arasında asanlıqla keçid etmələri və axtardıqları hər şeyi öyrənmələri üçün çoxfunksiyalı platforma əldə etməyi xahiş etdilər.

HƏLLİ

Next.js ilə sürətli və cəlbedici WordPress əsaslı veb sayt yaratdıq. Açıq mavi və ağ rəngli bəzi illüstrasiyalar və animasiyalar ilə dizayn etdik, bu da canlılıq əlavə etdi və bu sənayenin nə qədər dinamiklik qatdığını göstərdi.

BREND
Realty Investment
ÖLKƏ
Birləşmiş ştatlar
MÜŞTƏRİ
Realty Investment group
SAHƏ
Real-estate
ÇIXIŞ İLİ
2022

REALTY İNVESTMENT HAQQINDA

Əmlaka fərqli baxış

Realty Investments  müxtəlif kommersiya daşınmaz əmlak növlərinin satın alınması, inkişafı, idarə edilməsi və sərəncamında ixtisaslaşan özəl daşınmaz əmlak firmasıdır.

ANA SƏHİFƏ

Diqqətçəkici başlanğıc

Ana səhifədə minimalist dizayn əlavə edərək müştərinin asanlıqla axtardığını tapa biləcəyi və digər səhifələrə rahat keçid edə biləcəyi sistem qurduq. Giriş anından müştəri axtardığını asanlıqla tapa biləcək

HAQQIMIZDA

Daha çox məlumat tap

Haqqımızda səhifəsinə keçid edərək, müştəri şirkət haqqında daha çox məlumat əldə etməklə yanaşı, həm də onların qoyduğu qaydalar və şərtlərlə tanış olacaq.

LAYİHƏLƏR

Doğru zaman, doğru yatırım

Bu səhifədə müştəri şirkətin təklif etdiyi layihələri görəcək və büdcələrinə uyğun mənzilləri öncədən rezerv edə biləcəklər. Həmçinin hər mənzilə 360 dərəcə görüntüləmə ilə baxa biləcəklər

STRATEGİYA

Realty İnvestment şirkətinin strategiyasını tanı

Şirkətin strategiyası haqqında məlumat alaraq, onların vizyonu və missiyası haqqında ətraflı məlumat görə biləcəksiniz.

BİZİMLƏ ƏLAQƏ

Görüş zamanı

Bizimlə əlaqə səhifəsinə keçid edərək, Realty İnvestment şirkətinin təyin etdiyi məlumatları daxil edib, şirkətlə birbaşa əlaqəyə keçə bilərsiniz.

RESPONSIVE

Hər cihaza uyğun görünüş

Təşkil etdiyimiz dizayn və İT xidməti nəticəsində platformanı bütün cihazlarda ölçüsü dəyişmədən rahat görüntüləmək mümkündür.

Gəlin bir sonrakı layihənizə başlayaq

HAZIRSINIZ?

BRENDİNQ

Rəng və tipoqrafiya

Rəng seçimində açıq mavi və ağ rəngləri seçərək sayta fərqli və cəzbedici görünüş verdik. Həmçinin sarı rəngin istifadəsi, müştərilərin diqqətini asanlıqla cəlb edir.

bottom of page